Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarına ikinci döyüşünü keçirib.
"QELEBE.AZ"un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, ilk görüşündə Kevin Şumannı (Almaniya) mübarizədən kənarlaşdıran idmançı 1/8 finalda Nikita Niystedi (Finlandiya) sınağa çəkib.
Qarşılaşma Allahverdiyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.
O, 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.
Azərbaycan boksçusu Məsud Yusifzadə Polşada keçirilən III Avropa Oyunlarında ilk görüşünü keçirib.
"QELEBE.AZ"un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, 51 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/8 finalda Atilla Bernatla (Macarıstan) qarşılaşıb.
Yusifzadə 0:5 (26:30, 28:29, 27:30, 26:30, 26:30) hesabı ilə məğlub olub və yarışla vidalaşıb.
Qeyd edək ki, bu gün daha 1 boksçumuz rinqə çıxacaq. Murad Allahverdiyev (80 kq) Nikita Niystedlə (Finlandiya) üz-üzə gələcək.