Qelebə.az / Bakıda MINEPS VII çərçivəsində “E-sports lab” stendinin təqdimatı keçirilib

Bakıda MINEPS VII çərçivəsində “E-sports lab” stendinin təqdimatı keçirilib

26-06-2023, 17:55

İyunun 26-da Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində “E-sports lab” stendinin təqdimatı keçirilib.

“Report” xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və UNESCO-nun nümayəndə heyəti stendi ziyarət edib.

Azərbaycan Elektron İdman Növləri Federasiyasının vitse-prezidenti Oqtay Qasımzadə qonaqlara videooyunların təkamül yolu barədə məlumat verib.

Qeyd edək ki, MINEPS VII konfransı iyunun 26-dan 29-dək keçiriləcək.

Geri qayıt