Qelebə.az / Azərbaycan taekvondoçuları III Avropa Oyunlarını iki medalla başa vurublar - YENİLƏNİB

Azərbaycan taekvondoçuları III Avropa Oyunlarını iki medalla başa vurublar - YENİLƏNİB

26-06-2023, 17:17

Azərbaycan taekvondoçuları Polşada keçirilən III Avropa Oyunlarını iki medalla başa vurublar.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, buna Taleh Süleymanovun (87 kq) medal şansını itirməsi səbəb olub.

Onun 1/8 finalda uduzduğu almaniyalı rəqibi Aleksander Baxman növbəti raundda yenilib.

Qeyd edək ki, taekvondoçulardan Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc mükafat qazanıb.

13:23

Azərbaycan taekvondoçusu Taleh Süleymanov Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Aleksander Baxmanla (Almaniya) üz-üzə gəlib.

Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Baçman finala vəsiqə qazansa, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Geri qayıt