Qelebə.az / Avropa Oyunları: Azərbaycan badmintonçuları məğlub olub - YENİLƏNİB - 2

Avropa Oyunları: Azərbaycan badmintonçuları məğlub olub - YENİLƏNİB - 2

26-06-2023, 17:26

Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuradmadhoni Polşada təşkil olunan III Avropa Oyunlarında kişilərin qoşa kateqoriyasında ilk görüşünü keçirib.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançıların B qrupunda Böyük Britaniya təmsilçiləri Ben Leyn-Şon Vendi tandemi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 2:0 (21-8,21-10) hesablı qələbəsi ilə bitib.

14:55

Azərbaycanın daha bir badmintonçusu Polşada təşkil olunan III Avropa Oyunlarında qələbə qazanıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Keyşa Fatimə Zəhra D qrupunda litvalı Samanta Qolubikaite ilə üz-üzə gəlib.

Azərbaycan təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib.

14:13

Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı fərdi mübarizədə G qrupunda ilk görüşünü ispaniyalı Luis Enrike Penalveə qarşı keçirib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Geri qayıt