Qelebə.az / Avropa Oyunları: Azərbaycanın daha bir badmintonçusu qələbə qazanıb - YENİLƏNİB

Avropa Oyunları: Azərbaycanın daha bir badmintonçusu qələbə qazanıb - YENİLƏNİB

26-06-2023, 14:55

Azərbaycanın daha bir badmintonçusu Polşada təşkil olunan III Avropa Oyunlarında qələbə qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Keyşa Fatimə Zəhra D qrupunda litvalı Samanta Qolubikaite ilə üz-üzə gəlib.

Azərbaycan təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib.

14:13

Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı fərdi mübarizədə G qrupunda ilk görüşünü ispaniyalı Luis Enrike Penalveə qarşı keçirib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Geri qayıt