Qelebə.az / Azərbaycan badmintonçusu III Avropa Oyunlarına qələbə ilə başlayıb

Azərbaycan badmintonçusu III Avropa Oyunlarına qələbə ilə başlayıb

26-06-2023, 14:13

Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı fərdi mübarizədə A qrupunda ilk görüşünü ispaniyalı Luis Enrike Penalveə qarşı keçirib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Geri qayıt