Qelebə.az / III Avropa Oyunları: Azərbaycan taekvondoçusu məğlub olub

III Avropa Oyunları: Azərbaycan taekvondoçusu məğlub olub

26-06-2023, 13:23

Azərbaycan taekvondoçusu Taleh Süleymanov Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Aleksander Baçmanla (Almaniya) üz-üzə gəlib.

Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Baçman finala vəsiqə qazansa, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Geri qayıt