Qelebə.az / "Qarabağ" Portuqaliya klubundan braziliyalı futbolçunu transfer edib

"Qarabağ" Portuqaliya klubundan braziliyalı futbolçunu transfer edib

26-06-2023, 00:05

“Qarabağ” FK yeni transferini açıqlayıb.

APA xəbər verir ki, Azərbaycan klubu Portuqaliya Premyer Liqasının təmsilçisi, "Grupo Desportivo de Chaves" klubunda çıxış etmiş Vieyra Juninyonu transfer edib.

26 yaşlı braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Juninyo “Qarabağ”da 18 nömrəli formada çıxış edəcək.

Geri qayıt