Azərbaycanın iki qılıncoynadanı Polşada keçirilən III Avropa Oyunlarında pley-off mərhələsinə yüksəlib.
“QELEBE.AZ”un məlumatına görə, Murad Əkbərov və Saleh Məmmədov sablya növündə qrup mərhələsini uğurla başa vurublar.
Həm M.Əkbərov, həm də S.Məmmədov qrupda 2 qələbə qazanaraq, növbəti raunda yüksəliblər. Onlardan fərqli olaraq, Maqsud Hüseynli ilə Ayxan Xasıyev mübarizəni erkən dayandırıblar.
Murad Əkbərov pley-offda ispaniyalı İnyaki Bravo ilə üz-üzə gələcək. Saleh Məmmədovun bu mərhələdəki rəqibi isə Polşa idmançısı Pyotr Şçepanik olacaq. Hər iki sablyaçı Bakı vaxtı ilə saat 16:40-da mübarizə aparacaq.