Qelebə.az / "Neftçi"nin Rusiyadakı turnirdə iştirakı dəqiqləşib

"Neftçi"nin Rusiyadakı turnirdə iştirakı dəqiqləşib

25-06-2023, 14:17

"Neftçi"nin Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirdə iştirakı dəqiqləşib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi tviter hesabından paylaşım olunub.

Postda "Biz "Match TV Cup" üçün Sankt-Peterburqa gəlirik" yazılıb.

Qeyd edək ki, "Neftçi" turnir çərçivəsində iyulun 1-də “Zenit” (Rusiya), 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbağça” (Türkiyə) ilə qarşılaşmalıdır. Rusiyada yerli ordu ilə “Vaqner” silahlıları arasında baş verən döyüş səbəbindən turnir keçirilməyə bilər.

Geri qayıt