Qelebə.az / Avropa Oyunları: Fəridə Əzizova məğlub olub, Eltac Qafarov 1/4 finala yüksəlib

Avropa Oyunları: Fəridə Əzizova məğlub olub, Eltac Qafarov 1/4 finala yüksəlib

25-06-2023, 11:52

Azərbaycan taekvondoçusu Fəridə Əzizova Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Athanasiya Mitsopoulou (Yunanıstan) ilə üz-üzə gəlib.

Qarşılaşma Əzizovanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Mitsopoulou finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

74 kq-dakı Eltac Qafarov isə rəqibi Lukaş Çudnoç (Polşa) zədə səbəbindən qarşılaşmaya çıxmadığı üçün 1/4 finala vəsiqə qazanıb.

Geri qayıt