Qelebə.az / "Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bəlli olub

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bəlli olub

25-06-2023, 10:32

"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib bəlli olub.

"QELEBE.AZ" "Tema Sport"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın MOİK (Sofiya) komandası ilə üz-üzə gələcək.

Yoxlama görüşü iyulun 4-də baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" Avstriyada 3 sınaq matçı keçirəcək. "Köhlən atlar" iyunun 27-də Macarıstan "Ferentsvaroş"u, iyulun 1-də isə Polşa "Legiya"sı ilə qarşılaşacaq.

Geri qayıt