Qelebə.az / "Bavariya"nın futbolçusu PSJ-yə keçir

"Bavariya"nın futbolçusu PSJ-yə keçir

25-06-2023, 09:56

Almaniyanın "Bavariya" klubunun futbolçusu Lukas Ernandes karyerasını Fransada davam etdirəcək.

"Report" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi PSJ-yə keçməyə yaxındır.

Klublar arasında danışıqlar müsbət istiqamətdə gedir. Paris təmsilçisinin oyunçu üçün təxminən 35-40 milyon avro ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, Lukas Ernandesin Münhen təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, 2019-cu ildən "Bavariya"da çıxış edir.

Geri qayıt