Qelebə.az / Avropa Oyunları: Azərbaycanın iki taekvondoçusunun ilk rəqibləri bəlli olub

Avropa Oyunları: Azərbaycanın iki taekvondoçusunun ilk rəqibləri bəlli olub

24-06-2023, 20:48

Polşada keçirilən III Avropa Oyunlarının taekvondo yarışlarında üçüncü günün püşkü atılıb.

"Report" xəbər verir ki, iyunun 25-də dayanq üzərinə çıxacaq Azərbaycan millisinin iki üzvünün ilk rəqibləri bəlli olub.

Eltac Qafarov (74 kq) 1/8 finalda Lukaş Çudnoçla (Polşa) üz-üzə gələcək. Fəridə Əzizova (67 kq) isə eyni mərhələdə Atanasia Mitsopoulounu (Yunanıstan) sınağa çəkəcək.

Yarışların son günündə - iyunun 26-da isə Taleh Süleymanov (87 kq) mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Azərbaycan taekvondoçularının hesabında hələlik 2 medal var. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafat əldə edib.

Geri qayıt