Qelebə.az / Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

21-09-2022, 20:40

"Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə və meydanda vuruşmağa çalışacağıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi rəqibə sürpriz hazırladıqlarını bildirib. Mahmudov komandada yaxşı əhval-ruhiyyənin olduğunu sözlərinə əlavə edib: "Yaxşı nəticə əldə etmək üçün meydana çıxacağıq".

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Geri qayıt