Qelebə.az / Canni De Byazi: "Komandada atmosfer yaxşıdır"

Canni De Byazi: "Komandada atmosfer yaxşıdır"

21-09-2022, 20:10

"Komandada atmosfer yaxşıdır".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis yaxşı nəticə qazanmaq istədiklərini bildirib: "Ümid edirəm ki, sabahkı görüşdən sonra da oyunçularda atmosfer yaxşı olacaq. 4 matçda göstərdiyimiz oyuna görə az xal yığmışıq. Slovakiya ilə qarşılaşmada əldə olunan imkanlardan istifadə etmək istəyirik".

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Geri qayıt