Qelebə.az / Avropa Oyunları: Azərbaycan boksçusu mübarizəni dayandırıb

Avropa Oyunları: Azərbaycan boksçusu mübarizəni dayandırıb

23-06-2023, 15:53

Azərbaycan boksçuları Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıblar.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, ilk olaraq 57 kq çəki dərəcəsindəki Ümid Rüstəmov rinqə çıxıb.

O, Ronald Veresə (Macarıstan) 0:5 (27:29, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün daha bir boksçu rinqə çıxacaq. Malik Həsənov (63,5 kq) ilk döyüşdə Bartlomey Roskoviç (Polşa) ilə qarşılaşacaq.

Geri qayıt