Qelebə.az / "Bavariya" "Borussiya"dan ayrılan futbolçu ilə müqavilə imzalayıb

"Bavariya" "Borussiya"dan ayrılan futbolçu ilə müqavilə imzalayıb

23-06-2023, 12:14

Almaniyanın "Bavariya" klubu yeni transferini açıqlayıb.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi Rafael Gerreyru ilə müqavilə imzalanıb.

30 yaşlı oyunçunun sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Rafael Gerreyru 2016-cı ildən Dortmund "Borussiya"sında çıxış edib. O, ötən mövsüm 36 matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu Portuqaliya millisinin də üzvüdür.

Geri qayıt