Qelebə.az / Bakı klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakı klubu heyətini yeni futbolçu ilə gücləndirib

22-06-2023, 19:42

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan "QELEBE.AZ"a verilən məlumata görə, "dənizçilər" sabiq hücumçusu Amil Yunanovu geri qaytarıb.

Son iki mövsümü "Şamaxı"da keçirən 30 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Amil Yunanov 2020/2021 mövsümündə də paytaxt klubunun formasını geyinib.

Qeyd edək ki, "Səbail" yay fasiləsində bunadək Səlahət Ağayev, Coşqun Diniyev və Bahadur Həziyevin transferini açıqlayıb.

Geri qayıt