Qelebə.az / Avropa çempionatı: Əliyar Ağayev Almaniya millisinin oyununa təyinat alıb

Avropa çempionatı: Əliyar Ağayev Almaniya millisinin oyununa təyinat alıb

22-06-2023, 17:14

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək komandalar arasında keçirilən Avropa çempionatında təyinat aldığı növbəti oyun bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, ədalət təmsilçisi C qrupunun ikinci turundakı Çexiya - Almaniya görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Matçı norveçli Espen Eskas idarə edəcək. Ona həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin köməklik göstərəcək.

Qeyd edək ki, iyulun 25-də Gürcüstandakı "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika - Niderland (0:0) matçını idarə edib.

Geri qayıt