Qelebə.az / "Zirə" "Qəbələ"dən ayrılan futbolçu ilə müqavilə imzalayıb

"Zirə" "Qəbələ"dən ayrılan futbolçu ilə müqavilə imzalayıb

22-06-2023, 10:08

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb.

Qəsəbə təmsilçisindən "Report"a verilən məlumata görə, "qartallar" müdafiəçi Məqsəd İsayevi heyətinə qatıb.

28 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Məqsəd İsayev son olaraq "Qəbələ"nin uğurları üçün çalışıb. O, daha əvvəl “Neftçi”, “Şamaxı”, “Sabah” və “Səbail”də də çıxış edib.

Geri qayıt