Qelebə.az / Luka Modriç Avropa çempionatında oynamaq istəyir

Luka Modriç Avropa çempionatında oynamaq istəyir

21-06-2023, 23:54

Xorvatiya millisi və İspaniya "Real Madrid"inin futbolçusu Luka Modriç 2024-cü il Avropa çempionatında oynamaq istəyir.

"QELEBE.AZ" "24sata" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi bu səbəbdən yığmadakı karyerasını bitirmək niyyətində deyil.

Onun UEFA Millətlər Liqasının "Dördlər finalı"ndan sonra millidən gedəcəyi bildirilsə də, iddialar təsdiqini tapmayıb.

Qeyd edək ki, Luka Modriç 2006-cı ildə Xorvatiya seçməsində çıxış edir. Yığmada 166 oyun keçirən futbolçu bu göstərici üzrə ölkəsində mütləq rekordçudur. O, DÇ-2018-in gümüş, DÇ-2022-nin isə bürünc mükafatçısıdır.

Geri qayıt