Qelebə.az / Azərbaycanda iki liqanın başlama tarixi və oyunçu limiti açıqlanıb

Azərbaycanda iki liqanın başlama tarixi və oyunçu limiti açıqlanıb

21-06-2023, 16:25

Futbol üzrə Azərbaycan I Liqa və Əvəzedicilərin çempionatının başlama tarixləri, həmçinin, oyunçu limitləri bəlli olub.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, I Liqa 13 sentyabrda start götürəcək.

Bu turnirdə futbolçu limiti 8+3 (8 azərbaycanlı, 3 legioner) olacaq.

Əvəzedicilərin yarışı Premyer Liqanın startından bir gün sonra – 5 avqustda başlayacaq. Burada isə limit 7+4 (7 yerli futbolçu 2002 və ya daha gənc təvəllüdlü, 4 futbolçu sərbəst olacaq. 4 futbolçu arasında legionerin yer almasına da icazə verilib.

Geri qayıt