“Zirə” baş məşqçisi Rəşad Sadıqovla müqaviləni uzadıb.
QELEBE.AZ saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi 41 yaşlı mütəxəssis və məşqçilər korpusunda yer alan digər çalışdırıcılarla 2 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Sadıqov 2020-ci ilin iyulundan qəsəbə klubunun baş məşqçisidir.