Qelebə.az / Çempionlar Liqası: "Qarabağ"ın növbəti raunddakı potensial rəqibləri bəlli olub

Çempionlar Liqası: "Qarabağ"ın növbəti raunddakı potensial rəqibləri bəlli olub

21-06-2023, 14:08

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan çempionu “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı təqdirdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Ağdam təmsilçisinin ilk görüşü səfərdə olacaq.

II təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.

Geri qayıt