Qelebə.az / Messinin "İnter Mayami" klubunda debüt edəcəyi tarix bəlli olub

Messinin "İnter Mayami" klubunda debüt edəcəyi tarix bəlli olub

20-06-2023, 18:19

Argentina millisinin futbolçusu Lionel Messinin yenicə transfer olunduğu ABŞ-ın "İnter Mayami" klubunda debüt edəcəyi tarix bəlli olub.

"Report" ESPN-ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu yeni komandasında ilk oyununu iyunun 22-də keçirəcək.

Həmin gün Mayami təmsilçisi Liqalar Kuboku turnirinin qrup mərhələsi çərçivəsində Meksikanın "Krus Asul" kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Lionel Messi "İnter Mayami"yə Fransanın PSJ klubundan keçib.

Geri qayıt