Qelebə.az / İran millisinin futbolçusu Səudiyyə Ərəbistanında çıxış edə bilər

İran millisinin futbolçusu Səudiyyə Ərəbistanında çıxış edə bilər

20-06-2023, 17:33

İran millisinin və Almaniyanın "Bayer" (Leverkuzen) klubunun futbolçusu Serdar Azmun karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Report"un məlumatına görə, bu barədə alman jurnalist Florian Plettenberq şəxsi tviter hesabında yazıb.

O bildirib ki, sözügedən ölkənin bir neçə təmsilçisi 28 yaşlı hücumçuya təklif göndərib.

Qeyd edək ki, Serdar Azmun Rusiyada "Zenit", "Rubin" və "Rostov" klublarının da formasını geyinib.

Geri qayıt