Qelebə.az / Ceyhun Sultanov: "Linkoln" öz ölkəsinin çempionu olubsa, deməli, oynaya bilir"

Ceyhun Sultanov: "Linkoln" öz ölkəsinin çempionu olubsa, deməli, oynaya bilir"

20-06-2023, 17:13

"Bu komanda öz ölkəsinin çempionu olubsa, deməli, oynaya bilir".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Cəbəllütariq "Linkoln"u barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu gün futbol çox dəyişib və hansısa komandanı asan rəqib adlandırmaq olmaz: "Ona görə də indidən fikir bildirmək çətindir. Mənə görə, şanslar bərabərdir. İlk matçdan sonra nəsə demək olar".

Veteran yarımmüdafiəçi bildirib ki, futbolda istənilən rəqibi ciddiyə almalısan: "Əks halda, hər şey ola bilər. Mənə görə, avrokuboklarda zəif komanda yoxdur".

Qeyd edək ki, "Qarabağ" ilk oyunu 11-12 iyulda səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Geri qayıt