Qelebə.az / İspaniya klubu 40 yaşlı qapıçının müqaviləsinin müddətini uzadıb

İspaniya klubu 40 yaşlı qapıçının müqaviləsinin müddətini uzadıb

20-06-2023, 14:52

İspaniyanın "Betis" klubu qapıçısı Klaudio Bravo ilə müqavilənin müddətini uzadıb.

"Report" Sevilya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı qolkiper 2023/2024 mövsümündə də komandada çıxış edəcək.

Qeyd edək ki, Çili millisinin üzvü 2020-ci ildən "Betis"in uğurları üçün çalışır. O, daha əvvəl İspaniyada "Barselona" və İngiltərədə "Mançester Siti" kimi klubların da formasını geyinib.

Geri qayıt