Qelebə.az / Nazir: İdmançılarımız Avropa Oyunlarına hazırdırlar

Nazir: İdmançılarımız Avropa Oyunlarına hazırdırlar

20-06-2023, 13:50

“Bütün idmançılara uğurlar arzulayıram. Onlara inanırıq”.

Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, Krakov-2023 III Avropa Oyunlarına yolasalma mərasimində jurnalistlərə açıqlama verib.

Nazir yığmamızın bu gün yarışa yollandığı üçün bayram əhval-ruhiyyəsində olduqlarını bildirib: "Böyük nümayəndə heyətimiz var. İdmançılarımız səylə hazırlaşıblar, yarışa hazırdırlar. Turniri işıqlandıran media nümayəndələrinə də təşəkkür edirəm”.

Qeyd edək ki, Avropa Oyunlarına sabah start veriləcək.

Geri qayıt