Qelebə.az / Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər

20-06-2023, 11:37

Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Burhaniyə şəhərində təşkil olunan “Bioderma Beach Pro Tour” yarışında iştirak edəcəklər.

“QELEBE.AZ” xəbər verir ki, beynəlxalq turnir bu gün start götürəcək.

İyunun 22-dək davam edəcək yarışda Azərbaycanı Fidan Əhmədxanova - Larisa Smeltsova cütü təmsil edəcək.

Ümumilikdə 24 komandanın mübarizə aparacağı “Bioderma Beach Pro Tour”un qalibləri medal, kubok və pul mükafatı ilə yanaşı, reytinq xalları da qazanacaqlar.

Geri qayıt