Qelebə.az / Tanınmış baş məşqçi sabiq klubuna qayıdıb

Tanınmış baş məşqçi sabiq klubuna qayıdıb

19-06-2023, 15:30

Şotlandiyanın "Seltik" komandasının yeni baş məşqçisi açıqlanıb.

"Report" Qlazqo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Brendan Rocers hazırkı ölkə çempionuna qayıdıb.

50 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm İngiltərədə "Lester"də işləyən Brendan Rocers 2016 - 2019-cu illərdə "Seltin"in sükanı arxasında olub.

Geri qayıt