Qelebə.az / Azərbaycanın şahmat millisi bu gün Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın şahmat millisi bu gün Avropa çempionatında mübarizə aparacaq

19-06-2023, 09:08

Bu gün Polşada III Avropa Oyunları ərəfəsində şahmatın blits növü üzrə Avropa çempionatı keçiriləcək.

"QELEBE.AZ"un məlumatına görə, Şəhriyar Məmmədyarov və Günay Məmmədzadənin yer aldığı Azərbaycan millisi ilk olaraq 7 qarşılaşma keçirəcək.

Yığma ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla üz-üzə gələcək.

Reqlamentə əsasən, komandalar dairəvi sistemlə çıxış edəcəklər. İlk dörd yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Geri qayıt