Qelebə.az / Azərbaycan qadın basketbol milli komandası finalda Lüksemburqa məğlub olub - YENİLƏNİB

Azərbaycan qadın basketbol milli komandası finalda Lüksemburqa məğlub olub - YENİLƏNİB

18-06-2023, 20:48

Avropa Kubokunun seçmə mərhələsində mübarizə aparan 3x3 basketbol üzrə Azərbaycanın qadın milli komandası finalda məğlub olub.

“Report”un məlumatına görə, həlledici görüşdə Lüksemburq yığması ilə üz-üzə gələn komanda 6:9 hesablı yenilgiyə üzülüb.

18:31

Avropa Kubokunun seçmə mərhələsində mübarizə aparan 3x3 basketbol üzrə Azərbaycanın qadın milli komandası finala yüksəlib.

“Report”un məlumatına görə, yığma komanda yarımfinal matçında Malta komandası üzərində 11-10 hesablı qələbə qazanaraq həlledici mərhələyə vəsiqə qazanıb.

Burada onların rəqibi İrlandiya - Lüksemburq cütünün qalibi olacaq.

Final oyunu Bakı vaxtı ilə saat 19:45 -də başlayacaq.

Geri qayıt