Qelebə.az / "Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

20-09-2022, 20:57

"Formula 1" Monako Qran-prisi ilə müqavilənin müddətini uzadıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2025-ci ilədək nəzərdə tutulub.

Əməkdaşlığın həmin tarixdən sonra da davam etdiriləcəyi istisna olunmur.

Qeyd edək ki, Monako Qran-prisi ilə müqavilə 2022-ci ilin sonunda başa çatmalı idi.

Geri qayıt