Qelebə.az / “Neftçi”nin futbolçusu Estoniya ilə oyunun “23-lüy”ünə salınmayıb

“Neftçi”nin futbolçusu Estoniya ilə oyunun “23-lüy”ünə salınmayıb

17-06-2023, 11:25

“Neftçi”nin futbolçusu Azər Salahlı AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə keçiriləcək oyunun “23-lüy”ünə salınmayıb.

“Report”un məlumatına görə, baş məşqçi Canni De Byazi 29 yaşlı müdafiəçiyə ehtiyac duymayıb.

Salahlı və U-21 yığmasının düşərgəsinə qoşulan Cəlal Hüseynov istisna olmaqla, əsas milliyə çağırılan digər 23 oyunçunun hər biri bugünkü qarşılaşmada baş məşqçinin sərəncamında olacaq.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya görüşü saat 20:00-da başlayacaq.

Geri qayıt