Qelebə.az / PFL-in icraçı direktoru İsrail millisinin oyununa təyinat alıb

PFL-in icraçı direktoru İsrail millisinin oyununa təyinat alıb

20-09-2022, 18:29

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Tel-Əvivdəki “Blumfild” stadionunda 21 yaşadək futbolçulardan ibarət İsrail və Şimali İrlandiya yığmaları arasında keçiriləcək Avropa çempionatının pley-off mərhələsinin cavab oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, görüş sentyabrın 27-də baş tutacaq.

Geri qayıt