Futbol üzrə ABŞ millisinin yeni baş məşqçisi bəlli olub.
"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma Qreqq Berxalterə tapşırılıb.
50 yaşlı mütəxəssis komandanı 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatına hazırlayacaq.
Qeyd edək ki, Qreqq Berxalter daha əvvəl 2018-2022-ci illərdə ABŞ seçməsinə rəhbərlik edib. O, bu komandanı DÇ-2022-də 1/8 finala çıxarıb.