Qelebə.az / Morata Səudiyyə Ərəbistanına köçə bilər

Morata Səudiyyə Ərəbistanına köçə bilər

16-06-2023, 11:39

İspaniyalı hücumçu Alvaro Morata Səudiyyə Ərəbistanına köçə bilər.

QELEBE.AZ saytı xəbər verir ki, “Əl-Taavon” 30 yaşlı forvardı transfer etməkdə maraqlıdır.

Ərəblər Madrid “Atletiko”sunun şərəfini qoruyan Morataya 3 illik müqavilə qarşılığında 200 milyon avro təklif edib. İspaniya millisinin üzvünün verdiyi cavab hələlik açıqlanmayıb.

Qeyd edək ki, Alvaro son mövsümdə 45 matçda 15 dəfə fərqlənib.

Geri qayıt