“Neftçi” “Srvena Zvezda” və “Fənərbaxça” ilə qarşılaşacaq

“Neftçi” “Srvena Zvezda” və “Fənərbaxça” ilə qarşılaşacaq

“Neftçi”nin yeni mövsümə hazırlıq planı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

“Ağ-qaralar” təlim-məşq toplanışının birinci mərhələsini iyunun 21-dən 28-dək Bakıda keçəcək. Fiziki hazırlığa həsr olunacaq bu mərhələnin ilk 3 günündə futbolçular sağlamlıq sponsorumuz “Liv Bona Dea Hospital”da tibbi baxışdan keçəndən sonra məşqə qoşulacaqlar.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 19-dək Rusiyada reallaşacaq. Flaqman iyulun 1-dən 15-dək Sankt-Peterburq şəhərində təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək.

“Neftçi” turnir çərçivəsində iyulun 1-i Bakı vaxtı ilə saat 20:30-da Rusiyanın “Zenit”, 8-i saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş “Smena” stadionunda olacaq. Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, “Neftçi” yeni mövsümdə UEFA Konfrans Liqasında iştirak edəcək. Paytaxt təmsilçisi qitəmiqyaslı yarışa II təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək. Rəqibin adına isə iyunun 21-də təşkil olunacaq püşkatma mərasimində aydınlıq gələcək.

Futbol
Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Futbol
İntizam Komitəsinin sədri: "Heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyilik"

İntizam Komitəsinin sədri: "Heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyilik"

Futbol
Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Futbol
Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Futbol
İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

Futbol
"Çelsi" yeni baş məşqçisini açıqlayıb

"Çelsi" yeni baş məşqçisini açıqlayıb

Futbol
Qvardiol “RB Leypsiq”lə müqaviləni uzadıb

Qvardiol “RB Leypsiq”lə müqaviləni uzadıb

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

Futbol
“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

Futbol
“Qarabağ” – “Nant” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Nant” oyununun hakimləri açıqlanıb

Futbol
"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

Futbol
Argentina 3 qat dünya çempionu olub

Argentina 3 qat dünya çempionu olub