Elnur Məmmədov: Avropa Oyunlarında hər bir idmançı maksimim nəticə üçün mübarizə aparacaq - FOTO

Elnur Məmmədov: Avropa Oyunlarında hər bir idmançı maksimim nəticə üçün mübarizə aparacaq - FOTO

Azərbaycan idmançılarının Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına yollanması və iştirakı ilə bağlı mətbuat konfransı keçirilib.

QELEBE.AZ saytının məlumatına görə, Gənclər və İdman Nazirliyində baş tutan tədbir multi-idman yarışının açılışından bir həftə əvvəl təşkil olunub.

Toplantıda qurumun idman şöbəsinin müdiri Elnur Məmmədov və mətbuat katibi Qabil Mehdiyev iştirak ediblər. Polşada yığmamızın şef de missionu olacaq Məmmədov bildirib ki, yığmamız yarışda 13 idman növündə təmsil olunacaq: “Yarışlar fərqli şəhərlərdə olacaq. Hər bir şəhərdə nazirliyin rəsmiləri olacaq. Komandamız yarışa çarter reysi ilə gedəcək. İyunun 20-də, saat 17:00-da Bakıdan Krakova uçacaq idmançılarımız iyulun 3-də, yerli vaxtla 20:30-da geri dönəcək: “Bəzi idman növləri çarterlə deyil, sonradan gələcək. Bu da həmin idman növlərinin son günlərdə keçirilməsi ilə bağlıdır”.

Şef de mission medallarla bağlı proqnoz verməsə də, hər idmançıya inandıqlarını vurğulayıb: “Bakı-2015-də 285 idmançı 56 medal, Minsk-2019-da 82 idmançı 28 medal qazanıb. Ümid edirik ki, bu yarışda da idmançılarımız bizi sevindirəcəklər. Məsələn. Minskdə sambodan 7 nəfərlə 3 medal əldə etmişdiksə, bu dəfə bu idman növü proqramda yoxdur. Əsas mübarizə boks idman növündə olacaq. Burada Paris-2024-ə lisenziyalar veriləcək. Medal proqnozu verib, idmançıları təzyiq altına salmaq istəmirik. Hər bir idmançı maksimim nəticə üçün mübarizə aparacaq”.

Digər növlər
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO

Digər növlər
Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Digər növlər
AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

Digər növlər
BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

Digər növlər
Zəfərin mübarək, Azərbaycan!

Zəfərin mübarək, Azərbaycan!

Digər növlər
Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Digər növlər
“Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salınıb

“Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salınıb

Digər növlər
Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Digər növlər
Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Digər növlər
Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri