Gimnastika hamı üçün növü üzrə Bakı Beynəlxalq “Challenge” turniri keçiriləcək

Gimnastika hamı üçün növü üzrə Bakı Beynəlxalq “Challenge” turniri keçiriləcək

İyunun 17-18-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş gimnastika hamı üçün növü üzrə birinci Bakı Beynəlxalq “Challenge” turniri keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından bildirilib.

Dənizkənarı bulvarda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) keçiriləcək yarışda Azərbaycan, Gürcüstan və Litvanı təmsil edəcək 46 komandadan 500-dək idmançı bacarığını nümayiş etdirəcək.

Tədbirə iştirakçıların “Dəniz Mall” ərazisindən Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı əraziyədək yürüşü ilə start veriləcək. Komandaların musiqi sədaları altında rəngarəng nömrələri qonaqlara və şəhərimizin sakinlərinə xoş anlar bəxş edəcək.

“Challenge” çərçivəsində gimnastika hamı üçün növü üzrə ustad dərsləri, breykdans idman növü üzrə nümunəvi çıxışlar, tamaşaçılarla birgə flaşmobun keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə ilk dəfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin və Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evinin sakinləri iştirak edəcəklər.

Qeyd edək ki, dünyada böyük populyarlığa malik qeyri-yarış növü olan gimnastika hamı üçün Azərbaycanda yeni inkişaf edən idman növləri sırasındadır. Bu növlə yaşından, görünüşündən və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxs məşğul ola bilər. İdmanın bu növündə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) aid 2 növ tədbir mövcuddur: dörd ildən bir keçirilən Ümumdünya Gimnastradası və “World Gym for Life Challenge” yarışları. Azərbaycan gimnastlarının 2015-ci ildə Helsinkidə (Finlandiya) keçirilən 15-ci Ümumdünya Gimnastradasına qatılması ilə ölkəmizdə rəsmi olaraq gimnastika hamı üçün növünün əsası qoyulub.

Komanda
Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Komanda
Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Komanda
Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Komanda
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb