Şuşadakı beynəlxalq basketbol turnirində qalib bu gün müəyyənləşəcək
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə bu gün yekun vurulacaq.
"Report"un məlumatına görə, Macarıstan millisi 1/4 finalda Rumıniya yığması ilə, Almaniya seçməsi isə Yaponiyanın G FLOU klubu ilə üz-üzə gələcək.
"Neftçi" klubu yarımfinalda Macarıstan - Rumıniya cütünün qalibi ilə görüşəcək. Niderland komandası isə Almaniya - G FLOU duelinin güclüsü ilə qarşılaşacaq.
Qarşılaşmalar saat 13:00-da start götürəcək.

https://qelebe.az//uploads/photo/shushadaki-beynelxalq-basketbol-turnirinde-qalib-bu-gun-mueyyenleshecek.webp











