Xorvatiyalı qapıçı: Gəncəni Zaqreblə müqayisə etmək çətindir - MÜSAHİBƏ

Xorvatiyalı qapıçı: Gəncəni Zaqreblə müqayisə etmək çətindir - MÜSAHİBƏ

“Kəpəz”in xorvatiyalı qapıçısı Mario Mustapiçin apasport.az saytına müsahibəsi

- "Kəpəz" Premyer Liqada qalmağı bacardı. Məqsədinizə çatdığınızı demək olar?

- Artıq çempionat başa çatıb və indi mövsümdə keçirdiyimiz performansa baxıram. Həqiqətən yaxşı futbol nümayiş etdirdik və bu, nəticə verdi. Buna görə də heç bir şübhə və problem olmadan liqada qaldıq. Bu, qarşımıza qoyulan əsas məqsəd idi.

- Əslində, daha tez oyunlara çıxmalıydın. Lakin klub səni sifariş edə bilmədi. “Kəpəz”dəki performansını necə dəyərləndirirsən?

- Bəli, doğrudur, ilk dəfə “Kəpəz”ə gələndə bəzi problemlərə görə məni qeydiyyatdan keçirə bilmədilər. Ona görə də, evə qayıtmalı oldum. Amma qışda Antalyada mövsümöncəsi hazırlıq zamanı komandanın düşərgəsindəydim.

- Səncə, nəyə görə "Kəpəz"də əsas qapıçı ola bilmədin? Bəzən sən oynayırdın, bəzən Orxan Sadıqlı...

- Sonda oynadığım 9 oyundan tam razı qala bilmirəm. Lakin bu 9 oyunda biz cəmi 2 oyunda uduzduq, ona görə də hesab edirəm ki, bu, yaxşı statistikadır. Çünki xüsusilə turnir cədvəlinin aşağı pillələrində idik. Düşünürəm ki, zaman keçdikcə yaxşılaşırdım. Ona görə də inkişaf edə bilərəm. İndi bəzi yeni şeylərə uyğunlaşmalı olduğum bu keçid dövrünü geridə qoydum. Ümid edirəm ki, hər şey düzgün şəkildə gedəcək.

- Səni yeni mövsümdə də "Kəpəz"də görəcəyik? Yoxsa, başqa komandaya keçmək ehtimalın var?

- Gələcəyimlə bağlı məsələyə toxunsaq, yaxşı istirahət etmək üçün bir neçə gün vaxt ayırmalıyam. Bundan sonra nəyin daha yaxşı olduğunu görüb qərar verməli olacam. Oynamaq istəyirəm və yalnız vacib məsələ budur. Bu, hər bir futbolçunun düşüncə tərzidir.

- "Kəpəz" son matçlarını Gəncədə deyil, Qəbələdə oynayırdı. Bu, komandanın nəticəsinə necə təsir edirdi?

- Qəbələ stadionu həqiqətən yaxşıdır. Amma bizim evimiz deyil. Məncə, Gəncədə oynasaydıq, daha çox xal qazanardıq. Xüsusən də öz stadionumuzda azarkeşlərimizin önündə əldə etdiyimiz nəticələrə baxanda, bunu demək olur. Əminəm ki, hər bir oyunçu hər həftə avtobusda uzun yol getməkdən yorulur, amma işlər belə idi və biz buna təsir edə bilməzdik.

- Azərbaycan Premyer Liqası barədə fikrin necədir və diqqətini daha çox nə çəkdi?

- Premyer Liqa həqiqətən də yaxşı səviyyədədir. Sona qədər maraqlı idi və həqiqətən də rəqabətli liqadır. Yaxşı stadionlarda oynamağı xoşlayıram, ona görə də bu, məni çox qane etdi. Çempion “Qarabağ” Avropa yarışlarında yaxşı futbol nümayiş etdirən komandadır. Ona görə də nəticələri öz keyfiyyətini göstərir.

- Gəncədə yaşamağa öyrəşə bilmişdin?

- Gəncəni Zaqreblə müqayisə etmək çətindir. Mədəniyyət kimi bir çox fərq var. Amma Gəncədə yaşamışam və deyə bilərəm ki, ora çox gözəl idi. Uyğunlaşmaq üçün bir neçə vaxt lazımdır, amma orada özümü yaxşı hiss edirdim. İnsanlar mənə qarşı yaxşı davranırdılar. Ona görə də, özümü Gəncədə xoşbəxt hiss edirdim.

Futbol
Tərlan Əhmədov: “Futbolçularda geriləmə var”

Tərlan Əhmədov: “Futbolçularda geriləmə var”

Futbol
"Barselona" Messiyə heykəl ucaldacaq

"Barselona" Messiyə heykəl ucaldacaq

Futbol
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

Futbol
Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Futbol
FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

Futbol
Qətər dünya çempionatından sonra Asiya Kubokuna da ev sahibliyi edəcək

Qətər dünya çempionatından sonra Asiya Kubokuna da ev sahibliyi edəcək

Futbol
Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Futbol
Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Futbol
PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

Futbol
Azərbaycan Premyer Liqası: Ev oyunlarına ən çox tamaşaçı toplayan komandalar - ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Ev oyunlarına ən çox tamaşaçı toplayan komandalar - ARAŞDIRMA

Futbol
"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub

"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub