MOK-da Zemfira Meftahətdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib

MOK-da Zemfira Meftahətdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib

Müstəqil Azərbaycanın ilk olimpiya çempionu, Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Zemfira Meftahətdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.

“Report”un məlumatına görə, MOK-un binasında təşkil olunan tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, həmçinin, müxtəlif federasiyaların nümayəndələri və idmançılar iştirak ediblər.

Əvvəlcə yubilyarın idmançı karyerasını əks etdirən və ölkə xaricindən təbriklərin yer aldığı videoçarxlar nümayiş olunub.

İlk olaraq çıxış edən Çingiz Hüseynzadə bildirib ki, Zemfira Meftahətdinova nəinki Azərbaycanda, bütün dünyada sevilir. Vitse-prezident əlavə edib ki, yubilyar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən “Woman Sport” mükafatı ilə təltif olunub. Ç.Hüseynzadə həmin mükafatı Zemfira Meftahətdinovaya təqdim edib. Eyni zamanda, MOK trəfindən Z. Meftahətdinovaya xüsusi hədiyyə təqdim olunub.

Ardınca Fərid Qayıbov da təbrik edənlər sırasına qoşulub: “Zemfira xanımla son iki ildə daha yaxından tanış olmuşam. O, həm də çox yaxşı insandır, müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionudur. İstərdim ki, onun qızı da olimpiya çempionu olsun. Zemfira xanımın çalışdığı sahədə də nailiyyətlərinin davam edəcəyinə inanıram”.

Bundan başqa, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli veteran idmançılar Yaqub Məmmədov, Rafiq Hacıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, stent atıcılığı üzrə məşqçi Nazim İbrahimov, Əməkdar məşqçi İsmayıl İsmayılov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş növləri üzrə məşqçisi Rəsul Məmmədov da Zemfira Meftahətdinovanı təbrik ediblər.

Sonda çıxış edən yubilyar tədbirin təşkilini özü üçün böyük hədiyyə adlandırıb. Göz yaşlarını saxlaya bilməyən Z.Meftahətdinova qazandığı nailiyyətlərə görə, məşqçilərinə minnətdarlığını bildirib: “Mənim idmançı və bir insan kimi formalaşmağımda məşqçimin əməyi böyük olub. Burada əyləşənlərin hər biri mənim üçün əzizdir. Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Onların idmançılara qayğısı idmançılarımızın uğurlar qazanmasında müstəsna rol oynayır”.

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək

"Formula 1": Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
"Shusha Chess 2022" turnirində VI tura start verilib

"Shusha Chess 2022" turnirində VI tura start verilib

Fərdi
Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Fərdi
Nağı Səfərov: "Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq"

Nağı Səfərov: "Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq"

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri müəyyənləşib

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”