Azərbaycanda 2022/2023 futbol mövsümünün ən yaxşıları mükafatlandırılıb

Azərbaycanda 2022/2023 futbol mövsümünün ən yaxşıları mükafatlandırılıb

Sports.az saytı bir neçə nominasiya üzrə 2022/2023 futbol mövsümünün ən yaxşılarını mükafatlandırıb.

“Report” xəbər verir ki, mükafatlandırma mərasimindən əvvəl futbol azarkeşi olmuş şəhid baş leytenant Səid Rəşidzadənin timsalında bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımov da təşkilatçılar tərəfindən tədbirə dəvət edilib.

Mövsümün ən yaxşı futbolçusu “Neftçi”nin kapitanı Emin Mahmudov seçilib. 31 yaşlı yarımmüdafiəçi səsvermə zamanı “Qarabağ”ın hücumçusu Ramil Şeydayev və “Sabah”ın ukraynalı legioneri Aleksey Kaşuku cüzi fərqlə qabaqlayıb.

“Qarabağ”a növbəti dəfə Premyer Liqa çempionluğunu qazandıran Qurban Qurbanov ən yaxşı baş məşqçi nominasiyasının qalibi olub. Sorğuda iştirak edənlər yalnız bu nominasiyada yekdilliklə eyni namizədə səs veriblər.

“Sabah”ın və Azərbaycan millisinin gənc üzvü Yusif İmanov ən yaxşı qapıçı seçilib. Mövsümü 21 qolla tamamlayan “Qarabağ”ın hücumçusu Musa Qurbanlı isə ən yaxşı gənc futbolçu mükafatına yiyələnib.

Bundan başqa, FIFA referisi Əliyar Ağayev ən yaxşı hakim, “Qarabağ”ın direktoru Emrah Çelikel isə ən yaxşı klub funksioneri seçiliblər.

Həmçinin, iş adamı Ehtiram Quliyev bölgə futbolunun inkişafındakı xidmətlərinə, “Sabah” klubunun rəsmisi İqor Ponomaryov uşaq futbolunun inkişafındakı roluna görə təltif ediliblər.

Mövsümün ən böyük tərəqqiyə nail olmuş klubu isə Premyer Liqaya vəsiqə qazanan “Araz-Naxçıvan” seçilib.

Futbol
"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

Futbol
Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Futbol
Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Futbol
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Futbol
Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Futbol
FIFA Türkiyə klubuna transfer qadağası qoyub

FIFA Türkiyə klubuna transfer qadağası qoyub

Futbol
Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

Futbol
"Qəbələ"nin legioneri: "Hər dəfə qələbə qazanmaq mümkün olmur"

"Qəbələ"nin legioneri: "Hər dəfə qələbə qazanmaq mümkün olmur"

Futbol
“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

Futbol
DÇ-2022 üçün satılmış biletlərin sayı bəlli olub

DÇ-2022 üçün satılmış biletlərin sayı bəlli olub

Futbol
Xorvatiya 1/4 finala yüksəlib

Xorvatiya 1/4 finala yüksəlib

Futbol
"Qarabağ" dünya reytinqində geriləyib

"Qarabağ" dünya reytinqində geriləyib