Dünya Taekvondo Federasiyasının prezidenti: “Azərbaycan taekvondo ailəsi üçün mötəbər yerdir”

Dünya Taekvondo Federasiyasının prezidenti: “Azərbaycan taekvondo ailəsi üçün mötəbər yerdir”

“Azərbaycan və paytaxt Bakı taekvondo ailəsi üçün mötəbər yerdir”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Dünya Taekvondo Federasiyasının prezidenti Çu Çunq-Von Bakıda təşkil ediləcək dünya çempionatı ərəfəsində mətbuat konfransında deyib.

O, mundialın Bakıda keçirilməsindən məmnunluq ifadə edib: “Burada olmaq xoşdur. Azərbaycan bir neçə yarışa ev sahibliyi edib. Budəfəki turnir bizim 50 illiyimizə təsadüf edir. Sabah isə Azərbaycanda Müstəqillik Günü qeyd ediləcək. Sizin müstəqilliyiniz taekvondodan da qədimdir. Öz səylərimizlə dünyada sülhə də töhfə vermək istəyirik”.

76 yaşlı funksioner Azərbaycanda taekvondonun sürətlə inkişaf etdiyini də sözlərinə əlavə edib: “2013-cü ildən Bakıya gəlməyə başlamışam. Ölkə sürətlə dəyişir. Prezident İlham Əliyevlə görüşmək şərəfinə də nail olmuşam. Burada taekvondonun inkişafına dəstək göstərilir”.

Çu Çunq-Von dünya çempionatının uğurlu alınacağına inandığını bildirib: “Azərbaycan Taekvondo Federasiyasına təşəkkür edirəm. Gənclər və İdman Nazirliyinin də dəstəyini qeyd etmək istəyirəm”.

Federasiya prezidenti əlavə edib ki, Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının neytral bayraq altında çıxışına icazə verib: “Qadağanın ləğvindən sonra 14 Rusiya, 9 Belarus taekvondoçusu Bakıdakı yarışda qüvvəsini sınayacaq”.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək keçiriləcək.

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

Fərdi
Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Fərdi
Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

Fərdi
Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

Fərdi
Uşaqlar üçün ustad dərsi keçirilib

Uşaqlar üçün ustad dərsi keçirilib

Fərdi
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb

Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb