Azərbaycan Basketbol Liqası: “Gəncə” final seriyasında hesabı bərabərləşdirib
Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu keçirilib.
“QELEBE.AZ”un məlumatına görə, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.
Rəqibini 93:90 hesabı ilə məğlub edən bölgə təmsilçisi ümumi hesabı bərabərləşdirib - 2:2.
Final seriyasının sonuncu - beşinci görüşü mayın 30-da gerçəkləşəcək.
Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

https://qelebe.az//uploads/photo/azerbaycan-basketbol-liqasi-gence-final-seriyasinda-hesabi-beraberleshdirib.webp











