"Şamaxı"nın baş məşqçisi: "Son oyun finala bərabərdir, əlimizdən gələni edəcəyik"
"Bu qarşılaşma bizim üçün finala bərabərdir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Bunu "QELEBE.AZ"a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın sonuncu - XXXVI turunda "Səbail"ə qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
39 yaşlı mütəxəssis hazırlıqlarının davam etdiyini bildirib: "Rəqibimiz kifayət qədər güclüdür, keyfiyyətli, sürətli oyunçuları var. Maksimum dərəcədə diqqətli olmalıyıq. Bu matçın əhəmiyyətini hər kəs yaxşı başa düşür. Davamlı olaraq futbolçularla söhbət edirik. Komandamızın həm də psixoloji cəhətdən tam hazır olması üçün çalışırıq".
Əsgərli Premyer Liqada qalsalar da strategiyanı dəyişməyəcəklərini söyləyib: "Klubun strategiyası yerli və gənc oyunçuların inkişafıdır. Növbəti mövsümdə də bu yöndə davam edəcəyik. Yəqin ki, son qarşılaşmanın ardından rəhbərliklə müzakirələrimiz olacaq. Ondan sonra dəqiq nəsə demək mümkündür".
Baş məşqçi elitada klub sayının artması ehtimalına da toxunub: "Premyer Liqada komanda sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar, daha çox futbolçu üzə çıxar. Amma idman prinsiplərini də unutmaz olmaz".
Gənc mütəxəssis son olaraq "Şamaxı" I Divizona düşsə, klubda qalmağı planlaşdırırsınızmı" sualına qısa cavab verib: "Bu məsələ haqqında hələlik heç nə deyə bilmərəm".
Qeyd edək ki, mayın 27-də oynanılacaq "Səbail" - "Şamaxı" matçı saat 20:00-da başlayacaq. Paytaxt təmsilçisi 26 xalla 9-cu, bölgə klubu isə 25 xalla sonuncu-10-cu pillədə qərarlaşıb.

https://qelebe.az//uploads/photo/shamaxinin-bash-meshqchisi-son-oyun-finala-beraberdir-elimizden-geleni-edeceyik.webp











