Qurban Qurbanov: “Sonuncu çempionluq həmişə daha şirin və vacib olur”

Qurban Qurbanov: “Sonuncu çempionluq həmişə daha şirin və vacib olur”

“Sonuncu çempionluq həmişə daha şirin və vacib olur”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Səbail”i 3:0 hesabı ilə məğlub etdikləri və çempionluğu rəsmiləşdirdikləri Premyer Liqanın XXXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis mövsümü uğurlu tamamladıqlarını bildirib: “Çempionluq münasibətilə futbolçularımı təbrik edirəm. Bu mövsüm çox əziyyət çəkdilər. İlk gündən sıx qrafikdə oynasaq da, hər şey düşündüyümüz kimi alındı. Futbolçularım bu çempionluğu qeyd etməyə layiqdirlər. Azarkeşlərimizin sevinci, bizimlə birgə olması həmişə bizə güc verib. Hər çempionluq vacib olur. Çünki tələblər çoxalır. Hər dəfə çempion olanda növbəti mövsümdə də səndən bunu gözləyirlər. Rəqiblər isə daha ciddi hazırlaşırlar. Bu mövsüm də xeyli sayda çətin oyunumuz oldu. Bəzən hansısa titulu əldə etdikdə sanki bir az rahat nəfəs almağı düşünürsən. Amma bizim rahat olmağa, futbol haqda düşünməməyə vaxtımız yoxdur”.

Qurbanov 10-cu çempionluğun onlar üçün önəmli rol oynadığını söyləyib: “Hər bir çempionluq istənilən klubu daha da böyüdür. 10-cu çempionluq və iki böyük ulduz klubun tarixinə düşür. Bizim dönəmimizdə bunun baş verməsinə sevinirəm. Buna uğurumuzun bir hissəsi kimi baxırıq”.

O, zədədən əziyyət çəkən Adama Diakabi və Yassin Benzianın avrokubokların startına qədər kollektivə dönəcəyinə inanır: “Düşüncəmizə görə, bu gün hər ikisi ideal formada olmalıydı. Futbolda bəzən düşünmədiyin nəticələr, transferlər olur. Məsələn, Abbas Hüseynov komandada fiziki göstəricilərdə ən üstün oyunçularımızdan biridir. Ancaq qış hazırlığında çox sadə epizodda zədə aldı. Buna görə suala dəqiq cavab verməyə ehtiyat edirəm. Benziada hansısa problem olacağına inanmıram. Diakabinin zədəsi sümük nahiyəsindədir. Onun dönüşü uzun çəkə bilər. Hazırlıq dönəmində komandanın tam heyətlə olmasına çalışacağıq”.

Baş məşqçi transfer çalışmalarını bundan sonra sürətləndirəcəklərini əlavə edib: “Hansısa oyunçunun gedəcəyi barədə hələ düşünməmişəm. Həmişə əlimizdəki oyunçuların qalmasını istəmişəm. Qarşılıqlı razılaşma olmadıqda hansısa qərar veririk. Yeni gələcək oyunçularla danışıqlar davam edir. Bəzən yüz faiz anlaşdığımız oyunçunun keçidi son anda alınmır. Transfer məsələsinə bundan sonra daha ciddi baxacağıq. Çox istərdim ki, kollektivimiz tam qalsın və bir neçə oyunçunu da bura əlavə edək”.

Q. Qurbanov xaricdə çalışmaq barədə düşünmədiyini bildirib: “Həyatın işini bilmək olmaz. “Qarabağ”a sadiqəm, bu komandanın uğurlarının daha çox olmasını istəyirəm. Hazırda xaricə getmək düşüncəm yoxdur. Gələcəkdə necə olacağını deyə bilmərəm”.

Futbol
Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalanıb

Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalanıb

Futbol
"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

Futbol
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

Futbol
"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

Futbol
Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Futbol
"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

Futbol
Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Futbol
Kolumbiyanın gənc futbolçusu 22 yaşında dünyasını dəyişib

Kolumbiyanın gənc futbolçusu 22 yaşında dünyasını dəyişib

Futbol
Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Futbol
Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Futbol
Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq